IQNA

Quranda əxlaqi mövzular / 2

Təvazökarlıq möminlərin xüsusiyyətidir

21:36 - May 31, 2023
Xəbər sayı: 3494261
İnsan münasibətlərində hörmət mühüm prinsiplərdən biridir ki, onlar arasında nə qədər çox olsa, maraq və məhəbbət bir o qədər də artacaqdır. Təvazökarlıq ən mühüm prinsiplərdəndir ki, onun nəticəsi hörmətdir. Kim təvazökar olsa, insanlar arasında sevimli olar.

Quranın möminlər haqqında bəhs etdiyi xüsusiyyətlərdən biri də təvazökarlıqdır: "Mərhəmətli Allahın bəndələri o kəslərdir ki, yer üzündə təkəbbürsüz və təvazökarlıqla gəzirlər". (Furqan, 63).

Təvazökarlıq özünü elə sındırmaqdan ibarətdir ki, insan özünü başqasından üstün görməsin. Bu, başqalarına hörmət etməyə dəlalət edən hərəkətlər və danışıq tələb edir.

Bu əxlaqi fəzilət də digər əxlaqi keyfiyyətlər kimi ifrat (şişirtmə), təfrit (səhlənkarlıq) və orta səviyyəyə malikdir. İfrat həddi təkəbbür, təfrit həddi zilləti qəbul etmək və onun orta həddi təvazökarlıqdır. Fəzilət və tərifəlayiq sifət sayılan, alçaqlıq və zillət qəbul etmədən kiçik olmaqdır.

Öz yaşıdlarından üstün olmağa və onları geridə qoymağa çalışan insan təkəbbürlüdür. Özünü onlardan sonra qərar verən insan isə təvazökardır. Lakin bu mövzuda ifrat edirsə, bu, təvazökarlıq deyil, bir növ tərifəlayiq olmayan zillət (zillət və alçaqlığı qəbul etmək) sayılır.

Tərifə layiq bir şey, mötədil olmaqdır. Hər kəsin ona qarşı olan haqqını əda etməkdir. Dünya qarşısında, bir şəkildə digər insanlar qarşısında da bir şəkildə yerinə yetirməkdir. Təvazökarlığın faydaları var. Onların bəziləri bunlardır:

1_ İşlərin təvazökarlıqla nizamlı olması

Əmirəl-möminin İmam Əlidən (ə) rəvayət olunur ki, buyurdu: "Təvazökarlıq və məhəbbətlə işlər nizama salınar".

Bir cəmiyyətin böyüməsi üçün o cəmiyyətin üzvlərinin, yəni xalqın əməkdaşlığı və empatiyasına ehtiyacı var. Bu insanlardan hər hansı biri təkəbbür edib, bir-birinə qarşı öyünsə, təbiidir ki, bu cəmiyyətin nizamı pozular və işlər irəli getməz. Ona görə də hər bir cəmiyyətin təvazökarlığa ehtiyacı var.

2_ İnsanlar arasında sevilmək

Məlumdur ki, təkəbbürlü və məğrur olan şəxslərə insanlar arasında nifrət bəslənir və heç kəs onlarla maraqlanmır. Təkəbbürün əksi olan təvazökarlıq şəxsi insanlar arasında sevimli edir. Bəzən belə fikirlər səslənir ki, təvazökarlıq insanı kiçildir, insanın ictimai mövqeyi pozulur. Amma biz həmişə görürük ki, təvazökar insanlar cəmiyyətdə hörmət sahibi olur. Həmçinin böyüklük və şəxsiyyət sahibi olur. Təvazökarlıq onların məqamını artırır.

Buna görədir ki, İmam Əmirəl-möminin Əlidən (ə) bir hədisdə oxuyuruq: "Təvazökarlıq ağacının meyvəsi məhəbbət, təkəbbürün (pis) meyvəsi isə insanları təhqir etmək və onlara hörmətsizlik etməkdir"!

captcha