IQNA

Abu Dabi Kitab Sərgisində nadir əlyazmalara qısa bir baxış

6:02 - May 30, 2023
Xəbər sayı: 3494251
32-ci Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində çoxlu sayda nadir və mühüm əlyazmalar, o cümlədən Quran, İslam, ədəbi, tarixi və elmi əlyazmalar sərgilənib.

"İQNA", "Siddty"-yə istinadən xəbər verir ki, Abu Dabi 32-ci Beynəlxalq Kitab Sərgisində 13-cü əsrdən 20-ci əsrə qədər müxtəlif tarixi dövrlərə aid çoxlu sayda nadir və mühüm əlyazmalar nümayiş olunub.

Beynəlxalq nəşriyyatlar tərəfindən bu nadir əsərlərin təqdimatı ziyarətçilərə ərəb və beynəlxalq ədəbiyyat, elm və incəsənət tarixi ilə tanış olmaq, kitablara, elmi, bədii və ədəbi əsərlərə baxmaq imkanı yaratmaq məqsədi daşıyır. Bunlar ərəb xalqının və digər əvvəlki xalqların və sivilizasiyaların mədəni və tarixi kimliyinin böyük bir hissəsini təşkil edir.

Abu Dabi Kitab Sərgisində təqdim olunan əlyazmalardan bəziləri aşağıdakılardır:

Qurani-Kərimin “Müshəf Peterburq” adlı nüsxəsi Sankt-Peterburqdakı Darul-Ulumun mətbəəsinə məxsusdur. 1787-ci ildə rus imperatoru 2-ci Yekaterinanın əmri ilə qırğız xalqına pulsuz olaraq verilmək üçün çap edilmişdir.

Bernhard fon Breidenbach tərəfindən 1486-cı ildə yazılmış və holland rəssamı Erhard Riewicz tərəfindən illüstrasiya edilmiş "Müqəddəs torpağa ziyarət" kitabı 1486-cı ildə nəşr edilmişdir. Bu kitab dünyada ilk səyahət bələdçisi hesab olunur. Həmçinin cütlüyün İtaliyanın Venesiyasından müqəddəs torpağa gedərkən ziyarət etdikləri Beyrut, Qüds, Qahirə və digər şəhər və limanların şəkillərini ehtiva edir. Eyni zamanda ərəb qrafikası ilə çap olunmuş ilk kitabdır.

Fars körfəzi regionunun və Səudiyyə Ərəbistanının ən qədim xəritəsi olan “Ovçu xəritəsi”nin orijinal versiyası.

“Tarix Əl-müstəbsir” kitabı 13-cü əsrə gedib çıxan ərəb tarixçisi İbn Əl-Mücavirə məxsusdur. O, o dövrdə Ərəbistan yarımadasının şəraitini xəritə və diaqramlar vasitəsilə sənədləşdirərək orada ümumi adət və ənənələri təsvir edir; Bundan əlavə, o dövrdə geniş yayılmış forma geyimləri və o dövrdə ticarət və əkinçilik təcrübələri və insanların şəraiti necəliyini bəyan edir.

Tam "Əs-Sənaətut-Tibbiyyə" (Bütün tibb sənayesi) kitabı 1582-ci ilə aid olan Əli bin Abbas Əl-Məccusiyə məxsusdur. O, cərrahiyyə əməliyyatlarının necə aparılmasına dair ətraflı təlimatları təqdim edir və İslam Elmlərinin Qızıl Dövründən qalma unikal tibbi əsərdir.

"Göy Atlası" xəritələrin qızıl dövründə çap olunmuş ən gözəl səma atlasıdır.

"Min bir gecə" kitabının ilk ərəb nəşri.

Dəri üzərində çap olunan və 13-cü əsrə aid olan Müqəddəs Kitab (İncil).

Həmçinin Məhəmməd ibn Rəşid Kitabxanası Əbu-Dabi Beynəlxalq Sərgisinin 32-ci iclasında iştirak edib və 18 nadir əsəri ilk dəfə qərargahından kənarda nümayiş etdirib.

Məhəmməd ibn Rəşid Kitabxanasının stendində nümayiş etdirilən ən görkəmli nadir əsərlərdən bəziləri bunlardır:

Dünyanın ən məşhur tibb kitabı olan İbn Sinanın "Tibb qanunu 1562"nin nadir və illüstrasiyalı latın dilinə tərcüməsi.

4144172

captcha