IQNA

Quranda əxlaqi mövzular / 1

Paxıllıq

18:26 - May 29, 2023
Xəbər sayı: 3494248
Adəmin (ə) yaradılışından sonra qardaş qırğınına və qan tökülməsinə səbəb olan ilk əxlaqi xüsusiyyət paxıllıqdır.

Paxıllıq əsrlər keçsə də, hələ də qurban alır. Paxıllıq Adəmin övladlarının yer üzündə düçar olduğu ilk əxlaqi fəsaddır. Habil və Qabil hekayəsini nəzərə alsaq, bu məsələni araşdırmaq çox mühümdür.

Paxıllıq insanların əziyyət çəkdiyi ilk pisliklərdən və əxlaqi rəzilətlərdən biridir. Paxıllıq məşhur tərifində belədir: İnsan Allahın kiməsə nemət verdiyinə görə üzülür və ən aşağı mərhələdə həmin nemətin yox olmasını arzulayır, ən yüksək mərhələdə isə o neməti aradan aparmağa çalışır.

Quranda həsəd Habil və Qabil hekayəsi, həzrət Yusif (ə) və qardaşlarının əhvalatı, sevimli İslam Peyğəmbərinə (s) qarşı paxıllıq və digər formalarda bəhs edilir. Paxıllığı Allah-taala “Fələq” surəsində dünyadakı fəlakət və fəsad mənbələrindən biri kimi tanıtdırır. Həmçinin həsəd aparanların şərrindən Allaha sığınmağı Peyğəmbərə əmr etdiyi günahlardan biridir. Allah “Fələq” surəsinin 5-ci ayəsində buyurur: "Hər paxılın paxıllıq etdiyi zaman şərrindən (Allaha sığınıram".

Paxıllıq elə günahlardan sayılır ki, insan ona bulaşanda təkcə bu paxıllıqda dayanmır, həm də başqa günahlara zəmin hazırlayır. Paxıllıq edən şəxs başqa bir insan haqqında pis danışır, düşmənçilik edir və sahib olduğu neməti məhv etmək üçün hər şeyi edir. Məhz buna görə də imamların (ə) kəlamında həsəd bütün günahların mənbəyi adlandırılır. İmam Əli (ə) buyurur: "Pisliklərin mənbəyi paxıllıqdır".

captcha