IQNA

Quran surələri / 80

İnsanların bir-birindən qaçdığı gün

9:44 - May 29, 2023
Xəbər sayı: 3494245
Ölümdən sonrakı həyat və qiyamət haqqında çoxlu ayələr, rəvayətlər və kəlamlar ifadə edilmişdir. Onların hər biri qiyamətin surətini göstərmiş, lakin ən qəribə və heyrətamiz görüntülərdən birini “Əbəsə” surəsində görmək olar; Burada o gün insanların bir-birindən qaçdığı göstərilir.

Qurani-Kərimin 80-ci surəsi “Əbəsə” adlanır. 42 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Məkkə surələrindən biri olan “Əbəsə” surəsi İslam Peyğəmbərinə (s) nazil olan iyirmi dördüncü surədir.

Bu surə “Üzünü turşutmaq” mənasını verən Əəbəsə sözü ilə başladığı üçün “Əbəsə” adlandırılıb.

Bu surənin məqsədi kasıb və kasıbdan daha çox varlıya fikir verənlərə xəbərdarlıq etmək və onlara qəzəblənməkdir. Onlar dünya əhlinə hörmət edir, axirət əhlini dəyərsiz hesab edirlər. Bu danlaq və qəzəbdən sonra insanın yaradılışındakı dəyərsizliyi və kiçikliyi və həyatın müxtəlif məsələlərində tamamilə ehtiyaclı və asılı olduğu deyilir. Lakin onlar Allahın nemətlərinə və planına nankorluq edirlər. Bu surədə insanın yaradılış mərhələlərindən, Allahın nemətlərindən, yer üzündəki həyatdan, daha sonra qiyamətdən və axirətdəki insanların gülərüz və kədərli üzlərindən bəhs edilir.

"Əbəsə" surəsi qısa olsa da, müxtəlif məsələlərdən bəhs edir və qiyamət məsələsinə xüsusi önəm verir. Onun məzmununu beş mövzuda ümumiləşdirmək olar:

1_ İnsanların arasında fərq qoymağın şiddətli şəkildə məzəmmət edilməsi.

2_ Qurani-Kərimin dəyəri və əhəmiyyəti.

3_ İnsanın Allahın nemətlərinə nankorluğu.

4_  İnsanın şükr etməsi üçün Allahın nemətlərinin bir hissəsini ifadə etmək.

5_ Qiyamət hadisələrinin sarsıdıcı epizodlarına və həmin gün mömin və kafirlərin aqibətinə işarə etmək.

Bu surənin ən heyrətamiz ayələrindən biri də insanların bir-birindən, hətta ən yaxın sevdiklərindən belə qaçdığı bir günün təsvir edilməsidir: "Kişinin qardaşından, anasından, atasından, həyat yoldaşından və uşaqlarından qaçdığı gün" (Əbəsə, 34-37).

Təfsirlərdə deyilmişdir ki, bu ayələrdə qiyamət gününün şiddəti və o gün insanların qəlbinə çökmüş qorxu göstərilir. İnsan həmin gün nəinki qohumlarını unudur, hətta onlardan qaçır. Əllamə Təbatəbai insanın qiyamətdə qohumlarından və dostlarından qaçmasının səbəbini o günün müsibət və sıxıntılarının şiddətli olması hesab edir. Bu da insanın özünün xilas olmasından başqa bir şey haqqında düşünməsinə mane olur.

captcha