IQNA

Qətərdə əyilmiş minarəli məscidin hekayəsi

9:41 - May 29, 2023
Xəbər sayı: 3494244
Sosial şəbəkələrdə Qətərdəki Şeyx Feysəl ibn Qasim Ali-Sani muzeyi məscidinin videosu yayılıb. Həmin videoda bu məscidin əyri şəkildə görünən minarəsinin xüsusi dizaynı vurğulanıb.

"İQNA", Qətərin "Əl-Şərq" qəzetinin saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə Şeyx Feysəl ibn Qasim Ali-Sani Muzeyi məscidinin videosu yayımlanıb. Orada bu məscidin əyri şəkildə görünən minarəsinin xüsusi dizaynı vurğulanıb.

Bu məscid və minarə "Əş-Şəhaniyyə" şəhərində Şeyx Feysəl ibn Qasim Ali-Sani muzeyinin ərazisində yerləşir. Məscid dizaynı məscid və minarə memarlığı üçün unikal mühəndis dizaynlarından biridir.

Muzeyin kuratorlarının sözlərinə görə, məscid və minarənin mühəndis dizaynı struktur baxımından çox çətindir. Minarənin çəkisi və xüsusi dizaynı və konstruktiv problem yaratma ehtimalı səbəbindən, bu minarənin xüsusi dizaynı sayəsində hər hansı qəzanın qarşısını almaq üçün bir sıra sensorlar minarə konstruksiyasının vəziyyətini davamlı olaraq izləyir. Bu minarənin günbəzi və ayparası Misirdəki “Xan Əl-Xəlili”dən gətirilmişdir.

Şeyx Feysəl ibn Qasim Ali-Sani Muzeyinin yüz illərlə yaşı olan qədim darvazası var. Onun bundan əlavə, məscid, muzey, Samiri oteli, köhnə top və avtomobilləri var.

1998-ci ildə inşa edilən Şeyx Feysəl ibn Qasim Ali-Sani Muzeyində 15 mindən çox qiymətli tarixi əsər saxlanılır. Bu heyranedici kolleksiyaya antik dövrdən bu günə qədər olan əsərlər daxildir.

Feysəl ibn Qasim Muzeyindəki əşyalar onun dünya üzrə səyahətləri zamanı toplanıb.

4141473

 

Teqlər: qətər ، minarə ، məscid ، muzey
captcha