IQNA

Əqidə prinsipləri; Nübüvvət / 22

Quran ölçü vasitəsidir

19:59 - May 28, 2023
Xəbər sayı: 3494242
Quran sözlərin və mühakimələrin düzgün və yanlışlığının ölçüsüdür. Hər cür danışıq və yazı Quranla ölçülməli və hər şeyin qiyməti Quran tərəzisi ilə bilinməlidir.

Quran tərəzi və bir ölçü vasitəsidir. İmamlar bizə buyurublar: Sizin bayrağınız Quran olmalıdır. Eşitdiyiniz və ya gördüyünüz hər bir hədisi Quranla ölçün, əgər Qurana uyğundursa, qəbul edin, yoxsa, onu kənara atın. «فما وافق كتاب اللّه فخذوه و ما خالفه فاطرحوه». Təkcə hədis deyil, hər cür danışıq və yazı Quranla ölçülməlidir. Biz bütün dəyərləri Quranla ölçməliyik.

Quranla daha yaxından tanış olmaq və suallarımıza Qurandan cavab almaq yaxşıdır. Quranın cavabları və dəlilləri çox gözəldir;

Quran elm və təqva ilə yanaşı, nəzərə alınması lazım olan digər meyarları da bəyan etmişdir.

Məndən soruşdular: Nə üçün namaz qılmalıyıq? Dedim: Quran cavab verir: «اعبدوا ربّكم الّذى خلقكم»

 “Sizi yaradan Rəbbinizə ibadət edin” (Bəqərə, 21) Səni yaradan Allaha ibadət et. Niyə biz Allaha ibadət etməliyik? Çünki bizi Allah yaradıb! Deməli, ibadətin sirri Allaha şükür etməkdir.

Başqa bir ayədə olduğu kimi, Allah Qüreyşdən ona ibadət etmələrini istəyir. «فلیعبدوا ربّ هذا البیت» (Qüreyş, 3). Çünki onları aclıqdan, qorxu və narahatlıqdan xilas etdi. «الّذى اطعمهم من جوع و آمنهم من خوف» (Qüreyş, 4 ).

  Həmçinin Qurani-kərimdə də buyurulur: «اقم الصلاة لذكرى» (Taha, 14). "Namaz qılın ki, məni yada salasınız. Başqa yerdə buyurur: «الا بذكر اللّه تطمئنّ القلوب» “Qəlblər ancaq Allahı zikr etməklə aram olar” (Rəd, 28).

Quran "hər şeyi açıqlayandır" (Nəhl, 89). O, hər şeyi bəyan edən olduğu üçün özünü də bəyan edir. Deməli, Quranın ən yaxşı təfsirçisi Quranın özüdür, sonra da Əhli-beytdir.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha