"İQNA", BƏƏ-nin "Əl-İttihad" qəzetinin saytına istinadən xəbər verir ki, bu Quran hifzi tədris mərkəzi Əbu-Dabi İngilis İslam Məktəbində açılıb və ilk mərhələdə 200 kişi və qız tələbə qəbul edəcək.
Bu mərkəzin açılış mərasimi mərkəzin rəhbəri “Xədicə bint Dərviş bin Kərəm”in və BƏƏ-nin Vəqf və İslam İşləri Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Bu mərkəzin zalları ən müasir avadanlıqla təchiz olunub və burada qızlar üçün üç Quran hifzi və oğlanlar üçün üç Quran hifzi dərsləri var.
Xədicə bint Dərviş bununla bağlı deyib: "Bu mərkəz üç mərtəbədən ibarətdir. Aşağı mərtəbədə qəbul otağı, oğlan və qızların Quran hifzi müəllimləri üçün xüsusi otaqlar var. Birinci və ikinci mərtəbələr isə oğlanlar və qızlara məxsusdur.
O əlavə edib: "Mərkəzdə Quran hifzi dərsləri tələbələrin dərsləri ilə əlaqədar hər həftənin şənbə və bazar günləri keçirilir. Ehtiyac yaranarsa, yay mövsümündə də Quran dərslərinin sayının artırılması nəzərdə tutulur".
4143594