"İQNA", "Emirates 247"-yə istinadən xəbər verir ki, nadir kitablar və əlyazmalar üzrə ixtisaslaşmış şirkət Əbu-Dabidəki stendində 15-ci əsrə aid, dəyəri 85 min avro, 336 min 595 dirhəmə bərabər olan Qurani-Kərimin nüsxəsini nümayiş etdirib.
Bu sərgidə Quranla yanaşı, 480 min avro dəyərində 1,9 milyon dirhəmə bərabər olan Müqəddəs Kitabın nadir nüsxəsi də ictimaiyyətə təqdim olunub.
Bu şirkətin sahibi Məhəmməd Asif bildirmişdir: Bu sərgi ziyarətçilərə Qurani-Kərimin və İncilin beynəlxalq səviyyədə etibarlı sertifikatları olan orijinal nüsxələrini görmək və almaq imkanı verir.
Bu sertifikatlar nüsxələrin dəqiq qeydə alınmış məlumatlarla yoxlanıldığını və təsdiq edildiyini bildirir.
O, həmçinin qeyd edib ki, bu şirkətin son dörd əsrə aid 600-dən çox sənədi var.
4143135