IQNA

Ərəbistanında Ümrə zəvvarları üçün internet saytı istifadəyə verilir

19:08 - September 28, 2022
Xəbər sayı: 3492993
Səudiyyə Ərəbistanı Ümrə zəvvarlarına xidmətlərin göstərilməsini asanlaşdırmaq üçün “Nəsk” elektron saytının istifadəyə verildiyini elan edib.

"İQNA", Səudiyyə Xəbər Agentliyi (WAS)-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi dünya üzrə ümrə zəvvarlarına xidmətləri asanlaşdırmaq üçün “Nəsk” adlı yeni elektron platformanı "nusuk.sa" ünvanını istifadəyə verib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyanat yayıb və elan edib: "Nəsk bazasının yaradılması 2030-cu il baxışı əsasında Ümrə zəvvarlarına xidmət göstərmək planlarından biridir. Bu, Ümrə zəvvarlarının təcrübəsini çoxaltmaq və onların dünyanın hər yerindən Vəhy diyarına daxil olmasını asanlaşdırmaq məqsədi daşıyır".

"Nəsk" bütün zəvvarlara Ümrə vizalarını, icazə və ziyarət paketlərini elektron şəkildə almağa və bir çox dillərdə hazırlanmış rəqəmsal bələdçilərdən faydalanmağa imkan verir.

4088423

captcha