IQNA

İraqın Mosul şəhərinin sünni bölgəsində Aşura yürüşü keçirilib

20:10 - August 10, 2022
Xəbər sayı: 3492705
Dünən Neynəva vilayətinin əhalisi Mosulun şərqində İmam Hüseynin (ə) şəhadətinin ildönümü münasibətilə möhtəşəm yürüş keçirib.

"İQNA", "Əl-Əhd"-ə istinadən xəbər verir ki, Şimali İraqın Neynəva vilayətində şiə qəbilələrindən, şəbəkilərdən (kürdcə danışan İraq şiə etnik qruplarından), türkmənlər, kürdlər və yezidilərdən olan Əhli-Beyt (ə) ardıcılları və İmam Hüseyn (ə) aşiqləri Aşura mərasimində iştirak edərək, əzadarlıq ediblər.

Dünən avqustun 9-da Kərbəlada böyük Aşura mərasimi ilə eyni vaxtda qadın-kişi, qoca-gənc, Neynəva xalqı Mosulun şərqində Zeynül Abdin (ə) məqamına doğru yürüş edib.

Məhərrəm ayının ilk ongünlüyündə Neynəvanın paytaxtı Mosul şəhərində küçə və binalar matəm bayraqları ilə qara rəngə bürünmüşdü. Şəhərin müxtəlif yerlərində də Seyidüş-Şühədanın şəhadət günləri üçün matəm mərasimləri keçirilib.

4077191

captcha