IQNA

Almaniya universitetində “Dinşünaslıq” fənninin tədrisi

11:36 - August 09, 2022
Xəbər sayı: 3492696
“Dinlərarası tədqiqatlar” sahəsi Almaniyanın “Trier” Universitetində magistratura pilləsində tədris olunur.

"İQNA", "theologie-trier.de"-yə istinadən xəbər verir ki, Dinşünaslıq sahəsinin yaradılmasında məqsəd üç dinin: Yəhudilik, Xristianlıq və İslam dinlərinin ardıcılları arasında dinlərarası dialoqu inkişaf etdirməkdir. Bu sahə (kurs) bu ilin payız semestrində magistratura səviyyəsində təklif olunacaq.

Bu kursa qəbul olunan tələbələr təhsil müddətində üç İbrahim dini və onların daxili dinamikası ilə tanış olurlar. Onlara həmçinin dinlərarası dialoq potensialını inkişaf etdirmək və üç ilahi din arasındakı oxşarlıq və fərqləri təhlil etmək öyrədilir.

Bu kurs Alman cəmiyyətində İbrahim dinlərinin bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu göstərəcək. Dennis Halft onun direktoru olacaq.

Üç Yəhudilik, Xristianlıq və İslam dininin davamçıları məktəbdə və ya orduda mənəvi qayğı şöbəsində, ictimai fəaliyyətlərdə və ya siyasi müzakirələrdə əməkdaşlıq edəcək. Həmçinin problemləri həll etmək üçün bir-birinin yanında olacaqlar.

4076977

captcha