IQNA

Məzari-Şərifdə Məhərrəmlik ab-havası

11:07 - August 06, 2022
Xəbər sayı: 3492677
Əfqanıstanın Məzari-Şərif şəhərində Məhərrəmlik gecələrində xüsusi matəm və əzadarlıq mühiti hökm sürür. minlərlə İmam Hüseyn (ə) aşiqi Kərbəla şəhidlərinin xatirəsinə birgə əzadarlıq edirlər.

"İQNA"-nın verdiyi məlumata görə, Məhərrəmlik gecələrində Məzari-Şərifdə keçirilən mərasimdə xətiblər İmam Hüseynin (ə) qiyamının fəlsəfəsi və İmam Hüseynin (ə) azadlıq məktəbi qarşısında hər bir müsəlmanın missiyasının nə olmasından danışırlar.

Əfqan din xadimi Höccətül-İslam Seyyid Səccad Ələmi bu məsələ ilə bağlı çıxışında deyib: "Aşuranın mühüm mesajı insanları zülm və təcavüz yükündən xilas edib azadlığa çatmaqdır. Nəzərə alsaq ki, İmam Hüseyn (ə) bu yolun rəhbəridir, biz də onun tərəfdarları olaraq onun sağlığında nələrə diqqət yetirdiyinə diqqət yetirməli, ondan nümunə və örnək götürməliyik.

Hüseyn (ə) əzadarlarının mərasimin keçirilməsinə olan həvəsinə baxmayaraq, onların bu mərasimin təhlükəsizliyi ilə bağlı narahatlıqları hələ də qalmaqdadır. Onlar təhlükəsizlik güclərindən Məhərrəmlik mərasiminin təhlükəsizliyini təmin etməyi xahiş edirlər.

Bu mərasim iştirakçılarının dediyi kimi, Əfqanıstanın İslam Əmirliyinin səlahiyyətliləri bu mərasimin nisbi təhlükəsizliyini təmin ediblər. Lakin narahatlıqlar hələ də qalmaqdadır. Bununla belə, yerli polis komandanlığı vurğulayır ki, o, Hüseyn (ə) əzadarlarının təhlükəsizliyi üçün xüsusi təyinatlılar yerləşdirib və xalq bu qüvvələrlə əməkdaşlıq etməlidir.

4075709

captcha