IQNA

Quran Surələri /23

"Möminun" surəsində həqiqi möminlərin 15 sifəti

18:45 - August 03, 2022
Xəbər sayı: 3492666
Möminun surəsi Məkkədə nazil olan surələrdəndir. O, həqiqi möminlərin xüsusiyyətlərini və sifətlərini vəsf edir: O kəslər ki, boş sözlərdən, əməllərdən çəkinib, təmiz həyat sürürlər.

“Möminun” surəsi Qurani-Kərimin iyirmi üçüncü surəsidir. 118 ayədən ibarətdir və 18-ci cüzdə yerləşib. Bu Məkkə surəsi Peyğəmbərə (s) nazil olan yetmiş dördüncü surədir. Birinci ayəsində möminlərin nicat tapacağına işarə ilə başladığı və sonradan onların 15 xüsusiyyətindən bəhs etdiyi üçün ona “Möminun” surəsi deyilir.

Faydasız işdən və söhbətdən üz döndərmək, xeyirxah işlərdə öndə olmaq, Həzrət Musa (ə) və Həzrət Nuh (ə) hekayətinə işarə etmək, insanın yaradılması və dirilməsi bu surənin digər mövzularındandır.

Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində Allaha və qiyamət gününə iman, möminlərin arzuolunan xüsusiyyətləri, kafirlərin pis əxlaqlarının vəsfi, Allahın möminlərə və kafirlərə müjdə və təhdidləri, Nuhdan (ə) İsaya (ə) qədər keçmiş ümmətlərin başına gələn müsibətlərini “Möminun” surəsinin əsas mövzuları bilir. “Nümunə” təfsirində “Möminun” surəsinin məzmunu dini və əməli dərslər və oyanış məsələlərinin məcmusudur. Həmçinin əvvəldən axıra kimi möminlərin yolunun bəyan edir.

“Möminun” surəsinin mövzularını aşağıdakı kimi yeddi hissəyə bölmək olar:

Surənin əvvəlindən başlayan birinci hissədə möminlərin qələbə və uğurlarına səbəb olan sifətlər ifadə edilir. Biz görürük ki, bu sifətlər o qədər hesablanmış və əhatəlidir ki, fərdi və ictimai həyatın müxtəlif sahələrini əhatə edir.

İkinci hissədə kəlam elminin müxtəlif əlamətlərinə işarə edərək, göydə və yerdə yaradılış aləminin heyrətamiz sistemini, insanların, heyvanların və bitkilərin yaradılışından nümunələr təqdim etmişdir.

Üçüncü hissədə Nuh, Hud, Musa, İsa (ə) kimi bir qrup böyük peyğəmbərin ibrətamiz tarixindən bəhs edir. Onların həyatının bəzi hissələrini vəsf edir.

Dördüncü hissədə təkəbbürlü insanlara xitab edərək onları məntiqi səbəblərlə, bəzən də kəskin və sarsıdıcı ifadələrlə xəbərdar edir ki, hazır qəlblər özlərinə gəlsin və Allah dərgahına dönüş yolunu tapsın.

Beşinci hissədə qiyamətdən intensiv bəhs etmişdir.

Altıncı hissədə isə Allahın kainat üzərində hökmranlığından və onun əmrinin bütün dünyada təsirindən bəhs edir.

Nəhayət, yeddinci hissədə yenə də yaxşıların mükafatlandırılması, qiyamət, haqq-hesab, cəza və mükafat, pislərin əzabından bəhs edilir. Habelə insanın yaradılış məqsədini bildirməklə surəni bitirir. Beləliklə, bu surənin məzmunu dini və əməli dərslər və oyanış məsələləri məcmuəsi və əvvəldən axıra kimi möminlərin yolunun fəsfidir.

Oxşar xəbərlər
captcha