IQNA

Küfr və imanın zülmət və nura bənzəməyinin səbəbi

19:07 - July 31, 2022
Xəbər sayı: 3492644
Qurani-Kərimin ədəbi və dil gözəlliyinə dəlil olan Qurani-Kərimdə gözəl hekayət və nümunələri görmək olar. Quranda bəzi ayələrdə bir-birinin kənarında gələn iman nura, küfr isə qaranlığa bənzədilib. Allah bu bənzətmə ilə hər iki cərəyanın hərəkət istiqamətini göstərmək niyyətindədir.

Bəqərə surəsinin 257-ci ayəsində buyurulur: “Allah (Ona) iman gətirənlərin Vəlisidir, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin vəlisi isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”

Allah bu ayədə qaranlıqda olan möminlərə imandan sonra nura doğru addımlayacaqlarını göstərmiş, kafirləri isə nurda qərar vermişdi ki, onların itaətsizliyi onları zülmətə sürükləyir.

Bu baxımdan qeyd etmək lazımdır ki, insan malik olduğu yaradılışa görə, mömin və ya kafir olmamışdan əvvəl bir tərəfdən nura, digər tərəfdən zülmətə qoyulur. Onun nurda olması tövhid fitrətinə malik olması, zülmətdə olması isə tövhid təlimlərini və Allaha itaət yolunu tam bilməməsi deməkdir. Odur ki, əgər iman gətirsə, Allah onu ilahi mərifətə hidayət edər, dinin həqiqətlərini öyrənər və Allaha itaət yolunu dərk edər. Bu halda qaranlıqdan işığa doğru gəlir. Amma kafir olarsa fitrətinin nuru yox olar, nəticədə küfrə, riyaya, günaha çevrilir və böyük zülmətə qərq olur.

“İman” və “küfr”ün “nur” və “qaranlığa” bənzədilməsi bu halda ortaya çıxan ən bariz bənzətmədir. Nur həyatın mənbəyi və həyatın bütün nemətləri və işləri, böyümə, təkamül və hərəkət mənbəyidir. Nur sakitləşdirici və xatircəmlik verəndir, məlumatlandırır və göstərir. Qaranlıq isə sükut və ölümün, yuxu və cəhalətin, zəlalət və qorxunun sirridir. İman və küfr də elədir.

Ayənin bu hissəsində və buna bənzər digər ayələrdə də qeyd olunan başqa bir məqam isə qaranlığın “cəm” (qaranlıqlar), nurun isə “tək” şəklində verilməsidir. Bu da onu göstərir ki, həqiqət yolunda Parçalanma və ikilik yoxdur. Həqiqətdə, bütövlükdə vəhdətlə doludur. Haqqın yolu iki nöqtə arasında çəkilmiş düz xətt kimidir ki, həmişə birdir və çoxluq mümkün deyil. Lakin batil və küfr hər cür ixtilaf və təfriqələrin mərkəzidir. Hətta batil əhli batil işlərində vəhdətləri yoxdur. Onların yalanı və məqsəd vəhdəti yoxdur. İki nöqtə arasında çəkilmiş əyri xətlər kimidirlər ki, onun “düz xəttin” hər iki tərəfindəki sayı saysız-hesabsız və qeyri-məhduddur.

4072657

captcha