IQNA

Müsəlmanın Quran qarşısında 7 vəzifəsi

20:03 - July 30, 2022
Xəbər sayı: 3492640
Quran müsəlmanlara xitab edərək 7 əməli bəyan edir ki, müsəlmanlar ondan tam faydalana bilsinlər.

Müsəlmanın Quran qarşısında 7 vəzifəsiİQNA, xəbər verir ki, Quran tədqiqatçısı Höccətül-İslam vəl-müslimin Seyyid Cavad Behişti Quran ayələrinə əsaslanaraq müsəlmanların Quran qarşısında vəzifəsini açıqlayıb.

Quranın ilk tələbi onu oxumaqdır. “Quran” adı oxunacaq kitab deməkdir. Amma sual budur ki, necə və nə vaxt oxuyaq? Qurani-Kərimi nə qədər oxumaq barədə belə deyilir: Bacardığınız qədər Quranı oxuyun” (Muzzəmmil, 20); Rəvayətlərdə deyilir ki, “hər gün Qurandan ən azı 50 ayə oxumalıyıq”. Növbəti sual nə vaxt oxumaqdır? Zaman bizim təəsirlənməyimizə səbəb olur.

Quranı oxumağın üç müstəhəbb vaxtı vardır: “Sübhün Quranı (namazı) müşahidə olunur” (İsra, 78). Ailəmizə səhər Quranı oxumağı öyrədək ki, övladlarımızın beyninə yazılsın. İkincisi gecə yarısıdır: “Onlar gecənin yarısında səcdə edərək Allahın ayələrini oxuyurlar” (Ali-İmran, 113)..

Qiraət və Tərtil

İkinci gözlənti isə ayələrin oxunmasıdır. Qiraət bütün bu kitabı bu ardıcıllıqla oxumaq deməkdir. Bu kitabda dünya, axirət, maddiyyat, mənəviyyat, siyasət, iqtisadiyyat və ailəyə aid bütün məsələlər gəlib. Ona görə də Quranı bütünlüklə oxumaq lazımdır. Bir surəni oxuyub, digər surələrə məhəl qoymamaq düzgün deyil.

Üçüncü gözlənti tərtildir və tərtil lüğətdə ayələri diqqətlə oxumaq deməkdir. Bəzən zərurətdən, məşğuliyyət olması üçün və tələsərək oxuyuruq. Ən yaxşı mütaliə növü odur ki, siz bir kitabı oxuyubsunuz və hətta onu bir neçə dəfə oxumağa davam edibsiniz. Həmçinin onu maraqla oxuyub və başqalarına oxumağı tövsiyə edirsiniz. Buna görə də Tərtil Vəhy Kəlamının ayələrini diqqətlə oxumaq deməkdir.

Quranda tədəbbür

Quranın dördüncü gözləntisi ayələrdə tədəbbür etməkdir; Ayələrin məfhumlarında düşünmək deməkdir. Bu kitab insanın hidayəti üçündür. Ona görə də Quran üzərində düşünmək lazımdır. Quranda bəzən təfəkkürə, bəzən də tədəbbürə işarə olunur. Quran hekayələri əylənmək üçün deyil, düşünmək və öyrənmək üçündür ki, biz onu öz düşüncəmizlə bugünkü dünyamıza tətbiq edə bilək.

Beşinci tələb dinləməkdir. “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!” (Əraf, 204). Burada dinləmək diqqətlə dinləmək deməkdir.

Quran təlimi

Quranın tələb etdiyi altıncı şey təlimdir. Hər bir insan qrup halında Quran, üzündən oxumaq, rəvan oxumaq, tərcümə, təfsir və s. haqqında bildiklərini başqalarına öyrətməlidir. Yaxşı olar ki, ailə məclisləri ilə başlasın, sonra başqalarına da keçsin. Bunun bir neçə mənası var; Biri odur ki, mən Quran müəllimiyəm və bildiyim qədər başqalarına da öyrədirəm. Bu, həm də Quran müəllimlərinin çoxalmasına səbəb olur. çünki rəvayətlərdə qiyamət günü qarilərin və Quran müəllimlərinin uca bir məqamla bir yerə toplanacağı, başqa bir məna isə bəşəriyyətin səadətinin bu kitabda olmasıdır.

Quranın yeddinci tələbi təsir etməkdir. Təkcə məlumatı artırmaq və mütaliə etmək kifayət deyil. Əksinə, biz başqalarına təsir etməli və bu şirinliyi onların ruhlarının dərinliklərinə əkməliyik ki, onlar iman gətirsinlər. Quranın gözəl bir kitab olduğunu desinlər və buna təşviq olsunlar. “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar” (Ənfal, 2).

Quranın bu tələb və gözləntiləri bizi zirvəyə aparan bir zəncirdir.

4067972

captcha