IQNA

Qurana hakim olan prinsiplər

9:01 - July 19, 2022
Xəbər sayı: 3492576
Qurandan nəticə çıxarma prinsiplərində "Quranın əhatəliliyi" diqqətdən kənarda qalmışdır. Bir halda ki, Quranın əhatəliliyi ilə bağlı prinsipləri nəzərdən keçirərkən Quran təlimlərindən səmərəli nəticələr əldə etmək mümkündür.

Qurana hakim olan prinsiplər"İQNA"-nın verdiyi məlumata görə, Qum Universitetinin elmi heyətinin üzvü Höccətül-İslam vəl-müslimin Vəliyyullah Nəqipurfər "Ayatul-Əhkam"ın inkişafı ilə bağlı keçirilən toplantının üçüncü iclasında "fiqh tələbləri çərçivəsində Qurana hərtərəfli baxış" adlı mövzuda çıxış edib. Onun bir hissəsini diqqətinizə çatdırırıq:

Fiqh kitablarını tədqiq etməklə görürük ki, "Qurani-Kərimin əhatəliliyi" prinsipinin istidlal prinsiplərindəki yeri boşdur. Buna diqqət yetirmək zamanın tələbidir. Bu müzakirənin əsası İslam düşüncəsində Quran mərkəzlilikdir. Mübahisənin əsasını isə Qurana hərtərəfli baxış təşkil edir. Əvvəlcə Quran mərkəzli müzakirənin xüsusiyyətlərini təqdim edəcəyəm.

Quran mərkəzliliyin birinci xüsusiyyəti "sinonim yoxdur" prinsipidir. bunun mənası nədir? Məsələn, Həmd surəsində oxuyuruq: "Bizi düz yola hidayət et". "Hidayət" kəlməsi həmişə "İla" ilə gəlir. Amma burada belə deyil. "İla" ilə keçidli olan "hidayət" və "İla"sız  "hidayət" fərqli mənalara malikdir. Başqa bir misal, "La rəybə Fihi" və "La şəkkə Fihi" arasındakı fərqdir. "Rəyb" kəlməsində bir xüsusiyyət var ki, "şəkk" kəlməsində yoxdur. Quran tərcümələrində bəzən bu təfərrüatlar diqqətdən kənarda qalır.

Növbəti prinsip "zəmanət qaydası"dır. Zəmanət iki felin bir-biri ilə əlaqəli olması deməkdir. Birini deyirik, o biri feli ona əlavə edirik. Məsələn, "Bəqərə" surəsində oxuyuruq: «وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ» Quranın tərcüməsində deyilir ki, Allah Adəmə adları öyrətdi. «ثُمَّ عَرَضَهُمْ» ifadəsində "Hum" hərfi adlara işarə edir. Bu göstərir ki, adlardan məqsəd xarici varlıqlardır, məfhumlar deyil.

Zəmanətdən əlavə, bizdə "təxaluf" (Antonim) prinsipi var. Bu qayda nədir? Həmd surəsində gəlib ki, bəziləri "nemət verilmişlər, bəziləri "qəzəb olunmuşlar" və digərləri də "zəlalətə düşmüş"lərdirlər. "Nemət verilmiş"lərin qarşısında "məhrum edilmiş"lər qərar tutur. Lakin ayədə onlardan bəhs edilmir. Burada mürəkkəb antonim bəhsi var. Qəzəbin əksi mərhəmətdir. Azğınlığın əksi hidayətdir. Bu antonimlərdə müxalif qrupların xüsusiyyətləri üzə çıxır. Bəzən bu antonimlərdən ayənin özündə qeyd olunmayan iyirmidən çox sifət istifadə olunur. Bütün bunlar sinonim olmama prinsipindən əldə olunur. Ayələrdə bu prinsiplərə addım-addım riayət edilməlidir.

Quranla bağlı səhlənkarlıq təhlükəsi

Quran mərkəzlilik bütün araşdırmaları əhatə edən əsas baxışdır. Quran mərkəzliliyə əsaslanan prinsip və qaydalara əhəmiyyət vermədən Qurana qarşı səhlənkarlıq və zülm etmiş olarıq. Biz Quran mərkəzli olduğumuzu düşünürük, lakin ayələri uyğunlaşdırmaqda çətinliklərlə üzləşirik. Düzgün baxışımız olmasa, hərtərəfli ola bilməyəcəyik və istədiyimiz məqsədə çatmayacağıq.

Quran hekayələrindən elm qapısını açmaq

Bütün Quran, xüsusən də hekayələr fiqhi və şəriət baxımından nəticə çıxarma yeridir. Quran hekayələrindən bəhs edən ayələrdən fəqihlər üçün böyük bir qapı açılır. Təxminən min beş yüz hekayələrdən bəhs edən ayələrimiz var. Bu ayələrdən çoxlu qaydalar çıxarmaq olar. elmi siyasətdir və sosial elm bu sahədə faydalana bilər. Bu yanaşma indiyədək müzakirə olunmayıb.

4070256

captcha