"Readingeagle" informasiya portalının verdiyi xəbərə görə, Amerikalı kinorejissor Adam Zakir 2019-cu ildə "amerikalı müsəlman" adlı sənədli film hazırlayıb.
Adam Zakirin 82 dəqiqəlik bu sənədli filmi Donald Trampın dövründə Amerikada yaşayan müsəlmanların həyatından, onların problemlərindən, əsasən də islamofobiya və müsəlman miqrantların bu ölkəyə səfər etməsinin qadağan edilməsindən bəhs edir.
Sənədli filmdə Amerikanın Nyu-York şəhərinin Brooklyn və Queens rayonlarında yaşayan fələstinli aktivist, indoneziyalı camaat imamı, banqladeşli məscid rəisi, Əlcəzayir və Yəmənli ictiami fəalların müsəlman olduqları üçün üzləşdikləri problemləri işıqlandırılıb.
Sənədli filmin tənqidi seminarı bu gün (16 Fevral 2020) Vaşinqtonda keçirilib. Seminarda müxtəlif dinlərin davamçıları iştirak ediblər. Kinonun rejissoru seminarda iştirak edənlərin suallarına cavab verib.