IQNA

Bəhreyn inqilabının 9-cu ildönümü münasibətiylə aksiya keçirildi - FOTO

10:09 - February 15, 2020
Xəbər sayı: 3486689
Bəhreynin müxalifət bloku 14 fevral inqilabının 9-cu ildönümü münasibətilə fevralın 13-ü Bəhreynin Londondakı səfirliyinin binası qarşısında aksiya keçirib.
Bəhreynin müxalifət bloku 14 fevral inqilabının 9-cu ildönümü münasibətilə fevralın 13-ü Bəhreynin Londondakı səfirliyinin binası qarşısında aksiya keçirib.
Fəallar aksiyada Ali Xəlifə rejimi tərəfindən həbsxanalara salınan inqilab məhbuslarının liderləri və 2017-ci ilin fevral ayında edam edilən bəhreynli üç fəal ilə yanaşı, ölümə məhkum edilmiş fəalların, insan haqları fəalları, siyasi və vicdan məhbuslarının şəkillərini qaldıraraq, “Qatilləri dəstəkləməyə son verin” və “Cinayət törədənləri cəzalandırın” kimi şüarlar səsləndiriblər.
Etirazçılar, həmçinin Bəhreyn rejimini silahlandırmağın Yəmən xalqının qətliamına şəriklik sayıldığını bildirərək, Qərb ölkələrindən Ali Xəlifə rejiminə bu kimi dəstəklər verməyi dayandırmağı tələb ediblər. /Deyerler.org 
 
 
 
 
 
 
 
 
 
captcha