IQNA

Əhli-Sünnə alimləri Çabəhar terrorunu lənətləyiblər

0:16 - December 09, 2018
Xəbər sayı: 3484310
"Sistan və Bəluçistan əyalətindəki şiə və sünni qardaşlığı və vəhdəti İslam İnqilabının düşmənlərini qorxuya salıb. Buna görə də çalışırlar ki, ümmət arasındakı vəhdəti pozsunlar".

Əhli-Sünnə alimləri Çabəhar terrorunu lənətləyiblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Sistan və Bəluçistan əyalətinin Çabəhar rayonunun polis qərargahı önündə baş verən terror hadisənin ardınca bu əyalətin Əhli-Sünnə alimləri terror hadisəni qınayıb və hadisədə zərərçəkən ailələrlə həmdərdliklərini bildiriblər.

Sistan və Bəluçistan əyalətinin "Nizamın Ali Dini Rəhbərinin Seçilməsi Məclisi"ndə Əhli-Sünnə nümayəndəsi Mövləvi Nəzir Əhməd Səlami İQNA ilə müsahibəsində məlum terror hadisəsini məhkum edərək dedi: Terrorçuların kor cinayətlərinin hədəfi regionda milli və məzhəbi zəmində ixtilaf yaratmaqdır. Çünki bu əyalətdəki sülh, sabitlik və təhlükəsizlik düşmənlərin gözünə tikan kimi batır.

O əlavə etdi: Sistan və Bəluçistan əyalətindəki şiə və sünni qardaşlığı İslam İnqilabının düşmənlərini qorxuya salıb. Buna görə də çalışırlar ki, ümmət arasındakı vəhdəti pozsunlar.

Sistan və Bəluçistan əyalətinin "Nizamın Ali Dini Rəhbərinin Seçilməsi Məclisi"ndə Əhli-Sünnə nümayəndəsi Mövləvi Nəzir Əhməd Səlami vurğuladı: İslam düşmənləri bütün güclərini səfərbər ediblər ki, İslami İranı çaxnaşmalı, qarşıdurmalı və təhlükəli bir ölkə kimi göstərsinlər ki, insanları məyus və naümid etsinlər. Amma onların bu düşüncəsi puçdur. Xalqı heç vaxt İslami dövləti tək qoymayacaqlar.

Mövləvi Nəzir Əhməd Səlami dedi: Təssüəflər olsun ki, terrorçu qruplaşmalar öz vəhşi cinayətlərini Əhli-Sünnə məzhəbinin adından həyata keçirirlər. Onların bu şüarları yalandır. Əhli-Sünnə çox yaxşı bilir ki, onların cinayətləri nəticəsində Əhli-Sünnə məzhəbindən olanlar özləri şəhid olurlar. Buna görə də onların yalançı şüarlarına inanmayacaq və aldanmayacaqlar.

Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin Əhli-Sünnə imam cüməsi Mövləvi Əbdülhəmid İsmayil Zehi terror hadisəsi ilə bağlı bəyaniyyə yayaraq bu cinayəti məhkum edib və hadisənin qurbanları ilə həmdərd olduğunu bildirib.

Mövləvi Əbdülhəmid İsmayil Zehi bəyaniyyədə deyir: "... Bir sıra əzizlərimizin şəhadəti və yaralanmasına səbəb olan Çabəhar rayonunun polis qərargahının önündə baş verən terror cinayəti çox dərdli və acı idi. Bəndə dəfələrlə vurğulamışam və yenə də vurğulayıram ki, ölkədə və əyalətdə hər növ asayiş pozuntusu istər fərdi və istər də qruplaşma şəkilində heç vaxt region xalqlarının xeyirinə deyildir. Bundan dininin və millətin düşmənləri sui-istifadə edəcək və öz mənfur istəklərinə yetəcəklər. Bəndə bu terror cinayətini məhkum edirəm, hadisədə şəhid olanlar üçün ali dərəcələr diləyirəm və hadisədə yaralananlara Allahdan şəfa istəyirəm".

http://iqna.ir/fa/news/3770499

Teqlər: iqna ، çabəhar ، iran ، terror ، sünni ، şiə ، əhli-sünnə
captcha