IQNA

Almaniyada məscidlərə edilən hücumlar barədə son hesabat

0:14 - December 05, 2018
Xəbər sayı: 3484290
Almaniya Senatı "Yaşıllar partiyası"na verdiyi açıqlamasında bildirib ki, 2016-cı ildə Berlin şəhərində müsəlmanların məscidlərinə edilən hücumların on dördü siyasi və islamofobiya hədəfi ilə olub.

Almaniyada məscidlərə edilən hücumlar barədə son hesabatİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniya Senatı "Yaşıllar partiyası"na verdiyi açıqlamasında bildirib ki, 2016-cı ildə Berlin şəhərində müsəlmanların ibadət ocarlarına edilən hücumların 14 siyasi maraqlar və islamofobiya hədəfi ilə olub.

Berlin polisnin verdiyi məlumata əsasən, bu hücumların həyata keçirilməsində xarici ideoloji cərəyanların da təsiri olmuşdur.

Almaniya Senatı hesabatda elan eidb ki, bu hücumlar İslam dininin düşmənləri və radikal saçğılar tərəfindən törədilib. Buna baxmayaraq yenə də Almaniya məsulları Berlində şəhərindəki məscidlərin qorunması üçün mühafizə dəstəsi yaratmağı lazım bilmirlər.

Almaniya Senatının daxili mətbuatda verdiyi hesabata görə, Berlin şəhərində məscidlərin təhlükəsizlik baxımından vəziyyəti dəyişilməz qalmışdır.

Bunlardan əlavə 2016-cı ildə Berlinin Mövlana məscidində kəsilimiş donuz başı, ibtidayi məktəblərdən birinə islamofob postalkart göndərilmiş, Türkiyəyə aid mədəniyyət mərkəzi yandırılmış və "Şehitlik cami" məscidinə dəfələrlə hücum edilmişdir.

Almaniyanın "New Ruhr Zeitung"in hesabatına əsasən, keçən il (2017) ərzində Almaniyada müsəlmanlara, məscidlərə və İslami mərkəzlərə qarşı 1069 islamofob cinayət törədilib. Bu hesabatı Almaniyanın daxili işlər nazirliyi "Bundestaq"da (Almaniyanın xalq nümayəndələrinin birpalatalı orqanı) Yaşıllar partiyası fraksiyasının tələbi əsasında paylaşmışdır.

Həmçinin solçu partiyalar federal hakimiyyətin məsullarından tələb ediblər ki, 2018-ci ilin ikinci üç ayında müsəlmanlar əleyhinə törədilən islamofob cinayətlər barədə hesabat versin. Federal hakimiyyətin cinayət idarəsinin bu barədə verdiyi cavabda deyilir ki, 2018-ci ilin ikinci üç ayında müsəlmanlara qarşı 124 cinayət törədilib. Bu hadisələrin səkkizində müsəlmanlardan səkkiz nəfəri yaralanmışdır.     

http://iqna.ir/fa/news/3769394  

Teqlər: iqna ، almaniya ، islamofobiya ، berlin
captcha