IQNA

İordaniya "Əqsa məscidinə dəstək" beynəlxalq toplantıya evsahibliyi edir

9:22 - December 04, 2018
Xəbər sayı: 3484285
İordaniyanın Vəqflər Nazirliyi bu ölkədə beynəlxalq "Məscidul-Əqsaya dəstək" konfransının keçiriləcəyini xəbər verib.

İordaniya İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İordaniyanın Vəqflər Nazirliyi bu ölkədə beynəlxalq "Məscidul-Əqsaya dəstək" konfransının keçiriləcəyini xəbər verib.

İordaniyanın vəqflər, müqəddəs məkanlar və İslami işlər naziri Əbdünnasir Əbubəsəl mətbuata bəyaniyyə yayaraq elan edib: Beynəlxalq "Məscidul-Əqsaya dəstək" konfransı həftənin Cüməaxşamı günü, Dekabr ayının 20-də, İordaniyanın Sena məclisinin və parlament nümayəndələrinin həmkarlığı ilə keçiriləcəkdir.

O, bəyaniyyədə sionistlər tərəfindən hər gün Əqsa məscidinə qarşı edilən hücumlara və məscidi təhdid edən təhlükələrə və buna görə də Ərəblərin və müsəlmanların narahat olduğuna işarə edərək deyir: Əqsa məscidinə edilən hücumlar son günlərdə gözçarpacaq dərəcədə çoxalmışdır. İşğalçı sionist rejimi bu məscidin qanuni və tarixi vəziyyətini dəyişmək istəyir.

İordaniyanın vəqflər, müqəddəs məkanlar və İslami işlər naziri Əbdünnasir Əbubəsəl bu bəyaniyyədə vurğulayır: Biz İordaniyada Qüdsün və digər dini müqəddəs məkanların himayədarı olaraq, İslam ümməti və ərəblər tərəfindən nümayəndə kimi beynəlxalq konfrnasının keçirilməsini öz vəzifəmiz hesab edirik. Həmin konfransda İslam ümmətini və bütün dünyanı müsəlmanların ilk qibləsini təhdid edən təhlükəli cərəyanlar barədə xəbər edəcəyik.

Bəyaniyyədə vurğulanır: İordaniya hakimiyyəti Əqsa məscidinin idarəçiliyinin sahibi kimi Qüdsə dəstək hədəfi ilə keçiriləcək beynəlxalq konfransa bütün Ərəb ölkələrini və müsəlman ümmətini dəvət edir.       

http://iqna.ir/fa/news/3769217  

Teqlər: iqna ، İordaniya
captcha