İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın “Həcc və Ümrə Nazirliyi” elan edib ki, bu ilin “ümreyi-müfrədə” həcc mərasimində 8 milyon 500 min nəfərin iştirak edəcəyi ehtimal olunur. Allah evinin qonaqlarını qarışlamaq üçün hər bir hazırlıq görülmüşdür.
Səudiyyə Ərəbistanın “Həcc və Ümrə Nazirliyi” bəyaniyyəsində Sentyabr ayının 13-dək 19 min 757 nəfərə viza verildiyini qeyd edib. Həmçinin bildirib ki, Həcc mərasimi sona çatıqdan sonra indiyədək Ümreyi-Müfrədə üçün Səudiyyə Ərəbistanına gələnlərin sayı 626 nəfərdir. Onlardan 341-i Pakistan, 128-i Hindistan, 59 Şri-Lanka, 31-i İordaniya və 26 nəfəri Küveyt vətəndaşıdır.
Bu il ziyarətə gələnlərin sayı çoxaldığı üçün Ərəbistan hakimiyyəti Ümreyi-Müfrədə ziyarətinin vaxtını dəyişərək, həmişəki kimi Səfər ayının birindən deyil, Məhərrəm ayının birindən başladı. Bu ziyarət ənənəvi olaraq 2019-ci ilin Şəvval ayının 15-dək davam edəcəkdir.
Ərəbistan hakimiyyəti 2022-ci ilə qədər xarici ziyarətçilərin sayını 15 milyon və 2030-ci ilədək isə 30 milyon nəfərədək artırmaq fikrindədir. Halbuki keçən il Ümreyi-Müfrədə ziyarətində gələnlərin sayı 7 milyon nəfər olub.