İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın İslami Müqavimət Hərəkatı (HİZBULLAH) ölkənin cənub rayonlarında Məhərrəmul-Haram ayının ilk on günlüyündə “Məhərrəmlik əzadarlığı” mərasimləri təşkil edirlər.
Livanın İslami Müqavimət Hərəkatı (HİZBULLAH) ölkənin cənubunda yerləşən Sur, Binti-Cəbil, Qəbirxa, Sərifa, Şəhur, Məcdəl Səlim və digər şəhər və rayonlarda əzadarlıq məclislərinə birbaşa nəzarət edirlər.
Məhərrəmlik mərasimləri başlayandan Sur şəhərinin “İmam Hüseyn (ə) heyəti” və “Bint-Cəmil” şəhərinin “Əhli-Beyt” heyətlərində əzadarlıqlar alim və nüfuzlu şəxslərin, o cümlədən HİZBULLAH və “Hizbul-Vəfa” partiyalarının iştirakı ilə keçirilir.