IQNA

Tehranda “Hüseyni (ə) südəmərlər günü” keçirildi

9:23 - September 15, 2018
Xəbər sayı: 3483862
Hər il Məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu il dünyanın müxtəlif ölkələrində 4000-dən çox tədbir keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində, o cümlədən İran İslam Respublikasında “İmam Hüseynin (ə) südəmər körpələri” tədbirləri keçirilib.

Hər il Məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsində analar və uşaqlar öz ölkələrində bu mərasimi keçirir. Bu il dünyanın müxtəlif ölkələrində 4000-dən çox tədbir keçirilib.

İmam Hüseynin (ə) Kərbəlada şəhid edilən körpə balası Həzrət Əliyyi Əsğərin (ə) xatirəsinə həsr edilmiş mərasim dünən, həftənin Cümə günü, 14 Sentyabr 2018-ci il, İran İslam Respublikasının paytaxtı Tehranın “İmam Xomeyni (r.ə) müsəllası”nda da paytaxtın Aşuraçı xanımları tərəfindən əzəmətli şəkildə qeyd edilib. 3746747

Mərasimdən çəkilmiş fotoları oxucularımıza təqdim edirik:

captcha