İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “aabbir.com” informasiya portalına istinadla verdiyi xəbərə görə, Mərakeşin İslami Vəqflər Nazirliyi “Məməhəmməd Sadis mükafatı” beynəlxalq Qurani-Kərim yarışlarının 14-cü turunun cari ilin yay ayalarında keçiriləcəyi barədə məlumat yayıb.
Mərakeşin “Məməhəmməd Sadis mükafatı” beynəlxalq Qurani-Kərim yarışlarının 14-cü turu Qurani-Kərimin hifzi, tərtil ilə qiraəti və təfsiri üzrə cari ilin İyul ayının 25 və 26-da, həftənin üçüncü və dördüncü günləri, bu ölkənin paytaxtı Ribat şəhərinin elmi şurasının qərargahında keçiriləcəkdir.
Bu yarışlarda hər kateqoriya üçün iki yarışçı final mərhələsi üçün seçiləcəklər. Final mərhələsinə çatmaq üçün yarışanlar bütün Qurani-Kərimin hifzi (hifzi-kamil), 5 cüzün hifzi (təcvid şərti ilə) və 53, 54, 55 və 56-cı “hizb”lərinin təfsiri üzrə yarışacaqlar.
Mərakeşin “Məməhəmməd Sadis mükafatı” beynəlxalq Qurani-Kərim yarışlarının 14-cü turunun seçmə mərhələsinin qalibləri finalda görüşəcəklər.
On yaşından qırx yaşınadək kişi və xanımların iştirak etdiyi bu yarışlara qatılmaq istəyənlər cari ilin İyul ayının 20-dək qeydiyyatdan keçə bilərlər.