IQNA

Norveçdə “din, siyasət və sərhədlər” toplantısı keçiriləcək

11:24 - March 16, 2018
Xəbər sayı: 3482912
Norveçin Oslo universiteti məzhəbə görə zorakılıq səbəblərini araşdırmaq məqsədi ilə “din, siyasət və sərhədlər” adlı elmi konfrans keçirəcək.

Norveçdə “din, siyasət və sərhədlər” toplantısı keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Norveçin Oslo universiteti məzhəbə görə zorakılıq səbəblərini araşdırmaq məqsədi ilə “din, siyasət və sərhədlər” adlı elmi konfrans keçirəcək.

Məzbəb və zorakılıq arasında əlaqələri araşdıracaq bu konfrans cari ilin Avqust ayının birindən üçünədək davam edəcəkdir.

Dünyada məzhəblərin çoxalması və dinlərin müxtəlifliyi müxtəlif ölkələrdə problemlər yaradıb. Öncələrdə təkməzhəbli olan ölkələrdə təsir qoyan məzhəb çoxluğu bu ölkələrdə dini idarəçilik baxımından çətinliklər yaradıb. Buna görə də bu toplantıda din, siyasət və sərhədlər daha dəqiq, nəzər və təcübəyə əsasən araşdırılacaqdır, məzhəbi zorakılıq, anti-feminizm və sekularizm məsələləri İraq və Suriya hadisələri fonunda müzakirə ediləcəkdir.  .

Konfransda Kanadanın Vaterlo, İngiltərənin Lubro və ABŞ-ın Kaliforniya universitetlərinin nümayəndələri iştirak edəcəklər.

Konfransda iştirak etmək istəyənlər məqalələrini cari ailin Aprel ayının 6-dək konfransın keçirilməsi komitəsinə göndərməlidirlər. Daha ətraflı məlumat əldə etmək istəyətənlər bu barədə qarşıdakı LİNK-ə müraciət edə bilərlər.   

http://iqna.ir/fa/news/3700179

captcha