IQNA

Tarixdən bir yarpaq;

Rusiya Məşhəddə İmam Rza (ə) hərəminə hücum etdi - Video

23:31 - March 14, 2018
Xəbər sayı: 3482904
Rusiyanın 1291-ci hicri-şəmsi ilində Həzrət İmam Rzanın (ə) müqəddəs hərəminə hücumu barədə bir videoçarx sosial şəbəkələrdə yayımlanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) FOTROS media teleqram kanalına (İslami sənədli film mərkəzi) istinadla verdiyi xəbərə görə, Rusiyanın 1291-ci hicri-şəmsi ilində (1912) Həzrət İmam Rzanın (ə) müqəddəs hərəminə hücumu barədə bir videoçarx sosial şəbəkələrdə yayımlanıb.

Rusların 1912-ci ildə İmam Rzanın (ə) hərəminə hücumlarını sənədləşdirən bu videoda göstərir ki, Əhməd Şah Qacarın zamanında Rusiya dövlətinin İrana Amerika nümayəndələrinin ölkədən çıxarılması barədə xəbərdarlıq etməsinə baxmayaraq Qacar şahı amerikalıların rusların əmlakını müsadirə etməsinə göz yumdu. Buna görə də Rus qoşunları İrana daxil oldular və misli görünməyən cinayətlər və vəhşiliklər törətdilər.

Ruslar İran Milli Məclisini tətil etdilər. Məşhəd şəhərində Günəşin batmasına iki saat qalmış şəhəri top atəşinə tutdular. Camaat amanda qalmaq üçün İmam Rzanın (ə) hərəminə sığındılar. Ruslar buna əhəmiyyət vermədilər və İmamın hərəminə 45 top atdılar. Toplar günbəzə dəyməsə də insanlara və əmlaklarına ciddi ziyan vurdu. Rus qoşunları ziyarətgaha girərək hərəmin əmlakını oğurladılar.

Bu videoçarxı qarşıdakı linkədən izləyə və endirə bilərsiniz:

İZLƏ və ENDİR

http://iqna.ir/fa/news/3699520

Teqlər: iqna ، rusiya ، məşhəd ، İmam rza
captcha