IQNA

Xanımlar da Misrin qarilər birliyinə üzv olacaqlar

11:36 - March 13, 2018
Xəbər sayı: 3482900
Şeyx Məhəmməd Məhmud Təblavi əlavə etdi: Bu, peşəkar Quran qarisi və qiraət ustası olan xanım Quran ayələrindən bəzisini mənim üçün qiraət etdi və mən ona tilavət barədə icazə sertifkatı verdim.

Xanımlar da Misrin qarilər birliyinə üzv olacaqlarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-vətən” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bundan sonra Misrin peşəkar Quran qariləri birliyinə üzv olaraq fəaliyyət göstərə biləcəklər.

Bu barədə Misrin Quran qiraətçiləri birliyinin rəisi Şeyx Məhəmməd Məhmud Təblavi xəbər verərək deyib ki, bir sıra xanımlar xüsusi sınaq və dəyərləndirmədən sonra Quran qariləri birliyinə üzv olublar.

Misrin Quran qiraətçiləri birliyinin rəisi Şeyx Məhəmməd Məhmud Təblavi “ən-Nahar” peyk tv kanalı ilə müsahibəsində bu xəbəri elan edərək dedi: Mən özüm şəxsən bu birliyə üzv olmaq istəyən xanımların birindən qiraət imtahanı götürdüm və onun fəaliyyətlərini yaxından izləmək və dəyərləndirmək üçün komitə təşkil etmişəm.  

Şeyx Məhəmməd Məhmud Təblavi əlavə etdi: Bu, peşəkar Quran qarisi və qiraət ustası olan xanım Quran ayələrindən bəzisini mənim üçün qiraət etdi və mən ona tilavət barədə icazə sertifkatı verdim.  

Misrin Quran qiraətçiləri birliyinin rəisi Şeyx Məhəmməd Məhmud Təblavi xanımların da qarilər birliyinə üzv olmaq, yas mərasimlərində oxumaq və digər dini mərasimlərdə iştirak etməyin mümkünlüyü barədə suallara cavab olaraq dedi: Bu məsələ yeni bir fenomen deyildir, bundan öncə də iki nəfər xanım Misrin Quran radiosunda canlı tilavət ediblər.

http://iqna.ir/fa/news/3699253   

Teqlər: iqna ، quran ، misr ، xanım
captcha