İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qananın İslam universitetində “Qananın inkişaf modelində İslami maliyyənin rolu və təsiri” adlı elmi konfransa evsahibliyi edəcəkdir.
Bu konfrans həftənin üçüncü günü, 14 Mart 2018-ci il tarixində Qana İslam universitetinin toplantı zalında keçiriləcəkdir.
Konfransda Əbdül Naşiru İsahaku (Qananın mərkəzi bankının keçmiş rəisi) və Əlhəsən Əndani (Qananın Stanbic Bankının idarə heyətinin rəisi) iştirak edəcəklər. Toplantının əsas natiqi Naşiru və konfransın aparıcısı olacaqlar.
Bu toplantı cari ilin Aprel ayında keçiriləcək “beynəlxalq İslami maliyyə və bankdarlıq konfransı”nın hazırlıq iclaslarının ilkidir.