IQNA

Avsrtiyalı generalın Qurani-Kərim barədə fikirləri

12:13 - February 18, 2018
Xəbər sayı: 3482800
Anton Prokeş Fon Osten (Avstriyalı general, diplomat və şərqşünas) 1795-ci ildə Qratsdə (Graz) anadan olub. O, Qurani-Kərimi mütaliə etdikdən sonra müsəlmanların müqəddəs kitabı barədə öz fikirlərini bölüşüb.

Avsrtiyalı generalın Qurani-Kərim barədə fikirləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropa və Almaniya İslami Araşdırmalar” teleqram kanalına istinadla xəbər verir ki, öncəki məqalədə dediyimiz kimi, Samuyel Fredrix Günter Val (Samuel Friedrich Günther Wahl) Qurani-Kərimi xüsusi təəssübkeşlik və tərəfkeşliklə tərcümə etmişdi və bu tərcüməni bir neçə nəfər tənqid etmişdi, o cümlədən Avstriyalı general, diplomat və sərəfnamə yazarı Anton Prokeş (Anton Prokesch von Osten) Fələstinə səfər edib, müsəlmanlar və onların müqəddəs kitabı ilə yaxından tanış olduqdan sonra öz yazılarından birində Samuel Fredrix Günter Valın Qurani- Kərimin tərcümə nüsxəsində ki, yaddaşt və fikirlərini kəskin şəkildə qınayır və tənə edir.   

Avstriyalı general, diplomat və sərəfnamə yazarı Anton Prokeş (Anton Prokesch von Osten) müxtəlif müsəlman ölkələrinə səfər etdiyi və İslam dini ilə yaxından tanış olduğu üçün bəzən digər şərqşünaslarla müqayisədə İslam və Quran barədə fərqli nəzərlər bildirib. O, Qurani-Kərimi mütaliə etdikdən sonra müsəlmanların müqəddəs kitabı barədə öz fikirlərini bölüşüb. Buna görə də onun şəxsiyyəti və İslam barədə fikirləri barədə qısa məlumat verəcəyik.  

Anton Prokeş Fon Osten (Avstriyalı general, diplomat və şərqşünas) 1795-ci ildə Qratsda (Graz) Avstriyanın tanınmış və nəcibzadə ailələrindən birində anadan olub. Onun atası Grats şəhərinin mühüm vəzifələrindən birində çalışıb.

İlk ali təhslini hüquq fakültəsində başlayan Anton Prokeş Fon Osten bir müddət sonra gözlənilmədən və könüllü olaraq silahlı qüvvələrə qoşuldu və Napoleonun qoşunları ilə döyüşdə iştirak etdi. Bundan sonra isə müxtəlif hərbi kurslarda təlim alaraq inkişaf yolunu sürətlə irəlilədi. O, hərbi sahədə yüksəlməklə yanaşı, həm də elm və araşdırma ilə məşğul olurdu. Buna görə tarix və İlahiyyat elmlərində yaxşı məlumatı var idi.

Avstriyanın hərbi dilomatiyası vəzifəsində çalışarkən von Osten ləqəbini aldı. Sonra isə 1831-ci ildə Avstriya silahlı qoşunları qərargahının komandiri olaraq Boluniyay göndərildi. 1833-cü ildə isə 2-ci Sultan Mahmud və Misirin vəliəhdi Məhəmməd Paşa ilə sülh cərəyanında Qahirədə vasitəçi rolunu ifa etdi. 1852 və 1849-cu illərdə Avstriyanın Berlində və 1867-ci ildə İstambulda səfiri vəzifəsində çalışdı. O, bu illər ərzində səfir etdiyi ölkələrin mədəniyyət, coğrafiya və tarixi barədə səfərnamə, məqalə və kitablar yazdı.

Avstriyalı general, diplomat və sərəfnamə yazarı Anton Prokeş (Anton Prokesch von Osten) 1876-cı ildə Vyanada fəvat etdi.

Anton Prokeş Fon Ostenin Quran və İslam barədə fikirləri

Zabinə Ruge “Qibris və Yaxın Şərq 19-cu əsrdə” kitabında avropalı yazar Berç Daniyeldən nəql edərək yazır ki, Anton Prokeş Fon Ostenin müsəlman ölkələrinə, xüsusi ilə də Fələstindəki şəxsi təcrübələri onun İslam və müsəlmanlar barədə fikir və baxışlarını dəyişdi.   

Anton Prokeş Fon Ostenin Fələstində ziyalı və dialoq əhli olan müsəlman alimlərlə görüşür. Və bu vasitə ilə bir çox İslam məsələləri ilə tanış olur. Məmuriyyətdən qayıtdıqdan sonra isə almaniyalı şərqşünas Samuel Fredrix Günter Valın Qurani-Kərim tərcüməsini mütaliə edir və bu tərcümə barədə fikirlərini belə bəyan edir: “Bu səfərim çərçivəsində Qurani- Kərimi iki dəfə mütaliə etdim. Bu əhəmiyyətli kitab bizim yanımızda çox tanınmaz qalıb. Və “Halle” universitetinin professoru cənab dr. Samuel Fredrix Günter Valın bu kitabın tərcüməsinin haşiyəsində yazdığı fikirləri nə qədər də axmaqcasına, təkəbbürlü və üfunətlidir. Bu müqəddəs kitabın hər yerində nur və parlaqlıq cərəyan edir. Bu kitabda nuranilik Ərəb atları kimi coşqun və parlaqdır... Allahın vəhdaniyyətinin və tövhidin əsasları heç bir kitabda Quran qədər qüdrətli deyil.

Anton Prokeş Fon Osten öz səfirlik fəaliyyətləri dönəmində dəfələrlə İslam dinini və Osmanlı ipmeratorluğunu müdafiə edib. Bu iş o həddə qədər olub ki, Avstriyanın rəsmi məqamlarından biri deyib: “Prokeş Avstriyadan çox Türklərin nümayəndəsidir”.  

Qeyd edək ki, Anton Prokeş Fon Osten öz səfərlərində müsəlman alimləri, almaniyalı ədəbiyyatçı və yazar Göte və Yuzef Hamer Purgştal ilə görüşüb və onlardan təsirlənib.   

http://iqna.ir/fa/news/3691563

 قرآن از نگاه ژنرال اتریشی

 

captcha